Xidmətlər / ADR Daşımaları
Təhlükəli yüklərdə proses; sənəd, avadanlıq və intizam məsələsidir. ADR əməliyyatlarınızı risklərin idarə edilməsi yanaşması ilə uçdan uca planlaşdırırıq.
ADR (Təhlükəli Yüklər) daşımalarında düzgün təsnifat, uyğun qablaşdırma, sertifikatlı avadanlıq və normativ tələblərə tam uyğunluq kritik əhəmiyyət daşıyır. ARAN Logistic olaraq ADR daşımalarına sadəcə “daşıma” kimi deyil; uyğunluq, təhlükəsizlik və izlənilə bilənlik prinsipləri ilə idarə olunan nizamlı əməliyyat modeli kimi yanaşırıq.
Yük sinfinə uyğun olaraq marşrut, tranzit və sərhəd-keçid ssenarilərini təhlil edir; riskləri minimuma endirən plan qururuq. Əməliyyat boyunca proses nəzarətdə saxlanılır və tələblər şəffaf şəkildə idarə olunur.
ADR əməliyyatlarınızı dəstəkləyən inteqrasiya olunmuş logistika həllərimiz.
Təhlükəli yüklər üçün birbaşa və nəzarətli daşınma planları.
DETALLARUyğunluq meyarlarına əsasən planlaşdırılan hissəli daşınma seçimləri.
DETALLARTemperatur nəzarətli daşımalarla həssas məhsullarda təhlükəsiz proses.
DETALLARSənəd uyğunluğu və sərhəd keçidlərində əməliyyat sürətini qoruyan dəstək.
DETALLARMəhsul sinfinizi və marşrut ssenarisini birlikdə qiymətləndirək; qanunvericiliyə uyğun, nəzarətli daşınma planını quraq.