Sektorlar / İnşaat və Tikinti Materialları
Tikinti Logistikası,
Layihənin Fasiləsiz Gedişatını Təmin Etməkdir
Tikinti layihələri; böyük həcmli materiallar, sahəyə bağlı xüsusi çatdırılma saatları və çoxsaylı təchizatçı zənciri səbəbindən adi daşıma qaydaları ilə idarə oluna bilməz. Gecikmələr, yanlış nəqliyyat vasitəsinin seçilməsi və ya sahədə plansız boşaltma işləri xərcləri artırır, iş qrafikinə isə birbaşa mənfi təsir göstərir.
ARAN Logistic tikinti materiallarının logistikasını; planlaşdırma, yükləmə, daşıma və sahədə təhvil-təslim mərhələlərini vahid sistem şəklində idarə edir. Məqsədimiz: lazımi yük tutumuna malik texnikanı düzgün vaxtda cəlb etmək, materialı zədəsiz çatdırmaq və layihənin iş tempini pozmadan irəliləməkdir.
Layihə Tempi
Çatdırılmalar iş qrafikinə uyğun sinxronlaşdırılır.
Sahədə Təhvil
Boşaltma nöqtəsi, avadanlıq və vaxt pəncərəsi planlaşdırılır.
Ağır Yük İntizamı
Uyğun nəqliyyat, sabitləmə və yük təhlükəsizliyi yanaşması.
Şəffaflıq
Proses boyunca dəqiq məlumat və izləmə.
Daşıdığımız Məhsul Seqmentləri
Tikinti materiallarının həcmi, daşınma şərtləri və sahəyə çatdırılma qaydaları hər məhsul üçün fərqlidir. Buna görə də biz daşıma modelini materialın texniki xüsusiyyətlərinə uyğun seçir, tədarük prosesini layihə planına əsasən tənzimləyirik.
Polad & Metal Məhsulları
Profil, tir, metal lövhə və bənzər məhsulların daşınmasında yükün təhlükəsizliyi və düzgün bərkidilməsi həlledici əhəmiyyət kəsb edir. Nəqliyyat vasitəsinin növü və yükləmə qaydası zədələnmə riskini minimuma endirəcək şəkildə planlaşdırılır.
Tikinti sahəsinin iş rejiminə uyğun vaxt intervalları ilə çatdırılma, obyektdə nəqliyyat sıxlığının və əməliyyat qarışıqlığının qarşısını alır.
Beton Panellər & Prefabrik Konstruksiyalar
Məhsulların kövrəkliyi və çəkisi nəzərə alınaraq, daşıma və boşaltma planı əvvəlcədən hazırlanır. Tikinti sahəsinə giriş şərtləri və tələb olunan texniki avadanlıqlar çatdırılmadan öncə dəqiqləşdirilir.
Məqsədimiz materialın bütövlüyünü qorumaqla, sürətli, nəzarətli və rəvan çatdırılmanı təmin etməkdir.
İzolyasiya Materialları
Həcmli və həssas qablaşdırmalı məhsullarda materialların qorunması və düzgün yığılması (istiflənməsi) vacibdir. Rütubət, çirklənmə və deformasiya riskləri düzgün yükləmə və çatdırılma planı vasitəsilə minimuma endirilir.
Material təminatı anbardan obyektə qədər müntəzəm və proqnozlaşdırılan tempdə həyata keçirilir.
Quru Tikinti Materialları
Gips, sement, keramika, tikinti kimyəviləri və bənzər məhsulların daşınmasında düzgün çeşidləmə və palet nizamı əsas şərtdir. Məhsul qruplarına uyğun planlaşdırılmış yükləmə tikinti sahəsində sürətli boşaltmanı təmin edir və zədələnmə riskini minimuma endirir.
Hədəf, layihənin iş tempini pozmadan materialların müntəzəm və vaxtında çatdırılmasını təmin etməkdir."
Sahədə Çatdırılma & Layihə Koordinasiyası
Tikinti logistikasında uğur yalnız daşıma gücü ilə deyil, sahədəki real şəraitin düzgün qiymətləndirilməsi ilə ölçülür. Giriş məhdudiyyətləri, boşaltma avadanlığı, növbəli iş saatları və təhlükəsizlik qaydaları çatdırılmanın keyfiyyətini müəyyən edən əsas amillərdir.
Buna görə də ARAN Logistic göndərişdən əvvəl layihə planını nəzərə alır; uyğun nəqliyyat növünü, yükləmə qaydasını və çatdırılma vaxtını dəqiqləşdirir. Bütün mərhələlərdə şəffaflığı təmin edərək, material təminatını tam idarəolunan vəziyyətə gətirir.
Məqsədimiz "material gəldimi?" sualını aradan qaldırmaq — layihənin tempinə uyğun, nəzarətli və peşəkar çatdırılma standartı yaratmaqdır.
Layihə logistikasında düzgün planlaşdırma, sahədə qüsursuz çatdırılmanın təminatıdır
Böyük həcmli daşımalar, müxtəlif istiqamətli təchizat zəncirləri və tikinti sahəsinin xüsusi iş saatları üçün çevik, eyni zamanda ciddi nəzarətə əsaslanan əməliyyat həlləri təklif edirik.