Sektorlar / Tekstil & Hazır geyim
Hazır geyim logistikası — axının pozulmamasıdır
Mövsüm dəyişiklikləri və kampaniya dövrlərində "bir neçə günlük" ləngimə belə böyük fərq yaradır. Buna görə də daşıma prosesi gözlənilməz hallardan uzaq, izlənilə bilən və mövsümün iş tempinə uyğun olmalıdır.
Asılqanlı məhsullar, qutulu mallar, aksesuarlar və ya tekstil xammalı... Hər bir məhsul qrupu fərqli daşıma və çatdırılma nizamı tələb edir. Bu bölmədə tekstil və hazır geyim sektorunda ən çox tətbiq olunan əməliyyat modellərini və sahə üzrə texniki tələbləri aydın başlıqlar altında topladıq.
Bu əməliyyatlarda əsas hədəf çatdırılmanın gecikmədən və planlı şəkildə həyata keçirilməsidir.
Asılqanlı Daşıma (GOH)
Asılqanlı məhsullarda formanı qoruyan daşınma.
Zaman pəncərəsi
Mövsüm və kampaniya dövrlərində dəqiq qrafik.
Çoxkanallı (Omnichannel) Paylanma
Mağaza və e-ticarət çatdırılmalarının vahid koordinasiyası.
Mağazaya Çatdırılma
Ticarət mərkəzlərinin (TM) qaydalarına və qəbul saatlarına uyğunluq.
Qablaşdırma Nizamı
Ayaqqabı & aksesuar qruplarında qarışıqlığı minimuma endirən sistem.
İadə (Geri Qaytarılma) Prosesi
Məhsulların toplanması və geri yönləndirilməsində intizam.
“Fashion & Lifestyle” əməliyyat modelləri
Hazır geyim, ayaqqabı, aksesuar və tekstil materiallarının daşınması zamanı tələb olunan texniki şərtlər eyni deyildir. Məhsul növündən asılı olaraq yükləmə nizamı, çatdırılma forması və əməliyyat sxemi dəyişir. Bu bölmədə pərakəndə satış sektorunda ən çox tətbiq olunan daşıma modellərini və əməliyyat ardıcıllığını qısa şəkildə qruplaşdırdıq.
Asılqanlı daşıma (GOH)
Asılqanlı daşıma (Garment on Hanger) məhsulun formasının qorunmasının vacib olduğu hallarda üstünlük verilən daşıma üsuludur. Kostyum, palto və don kimi geyimlərin mağazada satışa hazırlanma müddətini əhəmiyyətli dərəcədə qısaldır.
Bu daşıma xidməti hər göndəriş üçün standart hesab edilmir. O, məhsulun növündən, mağazanın qəbul prosedurlarından və çatdırılma planından asılı olaraq, ehtiyac yarandıqda tətbiq edilir.
Mövsüm keçidləri və çatdırılma vaxtları
Mövsüm dəyişiklikləri və kampaniya dövrlərində daşıma planı sadəcə günlərlə deyil, dəqiq vaxt intervalları ilə tənzimlənir. Mağazaların qəbul saatları, növbəli (randevulu) boşaltma prosesləri və mövsümi sıxlıq daşıma sxeminə birbaşa təsir göstərir.
Bu cür əməliyyatlarda əsas tələb — gözlənilməz hallardan uzaq, nəzarətli və proqnozlaşdırılan çatdırılma nizamıdır.
Çoxkanallı (Omnichannel) paylanma sistemi
Eyni məhsul eyni gün ərzində həm mağazaya göndərilə, həm də fərdi e-ticarət sifarişi kimi müştəriyə çatdırıla bilər. Bu halda daşımaların ayrı-ayrılıqda deyil, vahid bir plan daxilində idarə olunması tələb olunur.
Mağaza tədarükü ilə e-ticarət əməliyyatları fərqli olsa da, onların koordinasiyası və nəzarət intizamı eynidir.
Mağazaya çatdırılma ritmi
Mağazalara malın təhvil verilməsində zamanlama həlledici rol oynayır. Ticarət mərkəzlərinin (TM) qəbul prosedurları və növbəli (randevulu) boşaltma qaydaları daşıma prosesinin necə irəliləyəcəyini müəyyən edir.
Buna görə də çatdırılmalar mağazanın daxili iş rejimini yubatmadan (aksatmadan) və qəbul nizamına uyğun şəkildə planlaşdırılır.
Ayaqqabı & aksesuarların paylanma nizamı
Ayaqqabı və aksesuar məhsullarının daşınmasında əsas çətinlik həcmdən deyil, çeşid çoxluğundan (model, ölçü, rəng və s.) qaynaqlanır. Qarışıqlıq riskini minimuma endirmək üçün yükləmə mərhələsində dəqiq sistemləşdirmə tətbiq olunur. Qutulu məhsullarda əsas risk dəstlərin pozulması və daşınma zamanı yarana biləcək fiziki zədələnmələrdir. Buna görə də bu qrupdakı daşımalar qablaşdırma nizamı və məhsul növlərinin ayrılması nəzərə alınaraq hazırlanır.
Burada əsas hədəf sürət deyil, çatdırılma zamanı sistemli düzümün qorunmasıdır.
Tekstil materialları (parça & köməkçi vasitələr)
Tekstil materiallarının daşınması pərakəndə satışdan çox, istehsalın tempinə bağlıdır. Parça topları, aksesuarlar və digər köməkçi materiallar istehsal planının davamlılığını təmin edir. Burada kritik məqam sadəcə sürət deyil, təchizatın fasiləsizliyidir. Yüklərin qruplaşdırılması, yığılma nizamı və çatdırılma ardıcıllığı istehsalat prosesini pozmayacaq şəkildə qurulur.
Məqsəd tək səfərlik sürətli çatdırılma deyil, istehsal ritmini dəstəkləyən mütəmadi təchizat nizamıdır.
İadə prosesi & geri yönləndirmə
Hazır geyim və pərakəndə satış sektorunda məhsulların geri qaytarılması (iadə) istisna deyil, əməliyyatın ayrılmaz hissəsidir. Əsas məsələ iadələrin mövcudluğu deyil, bu prosesin nəzarətsiz idarə olunmasıdır. Toplama, çeşidləmə və geri yönləndirmə mərhələləri dəqiq müəyyən edilmədikdə stok şəffaflığı pozulur və məhsulların yenidən satışa çıxarılması gecikir. Buna görə də iadə daşımaları əsas paylanma zəncirindən qopmadan, lakin xüsusi bir nizamla idarə olunur.
Burada məqsəd sürət deyil, stok dövriyyəsinin sistemli şəkildə qorunmasıdır.
Anbar və saxlama (ehtiyac yarandıqda)
Tekstil və hazır geyim əməliyyatlarında anbar xidməti ayrıca bir hədəf deyil; o, daşıma planı ilə paylanma proqramı arasındakı vaxt boşluqlarını dolduran keçid həllidir. Mövsüm dəyişiklikləri, mağazaların açılış təqvimi və ya göndərişlərin eyni vaxtda yola çıxa bilməməsi kimi hallarda məhsulların qısamüddətli saxlanılması tələb oluna bilər. Bu mərhələdə əsas diqqət sadəcə stok toplamağa deyil, çıxış ardıcıllığını və məhsulun bütövlüyünü qorumağa yönəlir.
Məhsullar paylanma planına görə qruplaşdırılır və çıxış ardıcıllığı pozulmadan daşıma üçün hazırlanır. Anbar burada əməliyyatı uzadan bir mərhələ deyil, daşımaların gecikmədən davam etməsini təmin edən operativ ara həlldir.
Şəffaflıq & prosesin izlənilməsi
Tekstil və pərakəndə logistikasında problemlər adətən çatdırılma anında deyil, həmin mərhələyə qədər olan proseslər arasında koordinasiya pozulduqda yaranır. Daşımanın hansı mərhələdə olduğu, hansı vaxt intervalına yetişdiyi və sahədə necə irəlilədiyi qeyri-müəyyən qaldıqda, kiçik bir ləngimə böyüyərək ümumi planın pozulmasına səbəb olur.
Buna görə də əsas ehtiyac sadəcə “detallı hesabat” deyil, vaxtında və dəqiq məlumat mübadiləsidir. ÇÇatdırılma vaxtları, mağazaların qəbul nizamı və iş yükünün artdığı sıx dövrlər sahədəki koordinasiyanı kritik amilə çevirir.
Məqsəd hər addımı sadəcə “izləmək” deyil, axsaqlıq yaranmadan onu müəyyən etməyə imkan verən əməliyyat şəffaflığı yaratmaqdır.
ARAN Logistic ilə daşıma şərtləri
& əməliyyat intizamı
ARAN Logistic olaraq, tekstil və hazır geyim daşımalarında yalnız çatdırılma təqvimini deyil, məhsulun daşınma şəraitini də əməliyyatın ayrılmaz tərkib hissəsi kimi qiymətləndiririk.
Rütubət, temperatur dalğalanmaları və daşınma zamanı yarana biləcək digər ətraf mühit riskləri nəzərə alınaraq qurulan daşıma nizamı, məhsulların alıcıya satışa və paylanmaya tam hazır vəziyyətdə çatmasını hədəfləyir.
Bu səhifədə xülasə edilən daşıma və çatdırılma modellərini biz müxtəlif məhsul qrupları və pərakəndə ssenariləri üzrə illərdir praktikada tətbiq edirik. Təcrübəmiz prosesi mürəkkəbləşdirmir, əksinə, daha proqnozlaşdırılan və nəzarətli iş axını yaradır.
Əməliyyat ritminizi qoruyan
tekstil & hazır geyim daşımaları
ARAN Logistic tekstil və hazır geyim daşımalarında texniki şərtləri və çatdırılma intizamını vəhdət şəklində təşkil edir. Məhsullar rütubət, temperatur və əməliyyat riskləri nəzərə alınmaqla planlaşdırılan göndərişlər vasitəsilə alıcıya qüsursuz vəziyyətdə çatdırılır.